ABŞ vitse-prezidenti Ceydi Vens Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişdiyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, o, bunu New York Post nəşrinin “Pod Force One” podkastında deyib.
“Əgər mənə yarım il əvvəl sual versəydiniz, deyərdim ki, onlar heç vaxt döyüşməyi dayandırmayacaqlar. Bu, Rusiya üçün Vyetnam kimi olacaq. 15 ildən sonra da vuruşacaqlar. Amma əgər mənə bir ay əvvəl sual versəydiniz, deyərdim ki, biz [sülh istiqamətində] inanılmaz irəliləyiş əldə edirik”, – Vens bildirib.
Onun bu açıqlaması ABŞ administrasiyasının Ukraynadakı vəziyyətə münasibətində ton dəyişikliyinin baş verdiyini göstərir.
Müşviq Tofiqoğlu
KONKRET.az
