“Vestnik Kavkaza”: YUNESKO Qarabağda ikili standartlardan istifadə edirbackend

“Vestnik Kavkaza”: YUNESKO Qarabağda ikili standartlardan istifadə edir

Mədəni irsin qorunması məsələsi Azərbaycan torpaqlarını 30 ilə yaxın işğaldan azad etdikdən sonra xüsusi əhəmiyyət qazandı. Bu yaxınlarda Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərində və ona bitişik yeddi bölgədə Azərbaycanın memarlıq irsinə istinad edərək  “Ermənistan hər zaman digər xalqların və dinlərin mədəni abidələrinə və dəyərlərinə hörmət və qayğı göstərdiyini” bildirdi. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi onu da qeyd etdi ki, “Bakının onilliklər boyu Qarabağdakı erməni mədəni varlığına, o cümlədən abidələrin kütləvi şəkildə məhv edilməsinə qarşı mübarizə apardı”.

Təxminən otuz il ərzində Dağlıq Qarabağın Ermənistan qoşunları tərəfindən işğal olunduğunu nəzərə alsaq, son açıqlama xüsusilə absurd görünür. Üstəlik, yalnız azərbaycanlılar deyil, beynəlxalq təşkilatların nümayəndələri də işğaldan azad edilmiş şəhər və kəndləri ziyarət edə bilmədilər. Azərbaycan prezidenti İlham Əliyev haqlı olaraq deyir ki: “Bu gün bizə iddia edilən erməni dini abidələrini qoruya bilməyəcəyimizlə bağlı iddialar irəli sürməyə çalışan YUNESKO, heç olmasa bir dəfə bu torpaqları ziyarət edibmi? Heç Şuşa məscidini ziyarət edib? Zəngilandakı dağıdılmış məscidi ziyarət edib? Ağdam məscidində olubmu?” Ermənilər orada donuz və inək saxladılar və indi bizə qarşı iddialar irəli sürürlər.Ermənistan ora heç kəsi buraxmadı. Hətta Minsk Qrupunun həmsədr ölkələrinin səfirlərini də. Çətinliklə, iki dəfə Minsk Qrupunun işğal altındakı torpaqlara fakt araşdırma missiyası göndərməsini təmin etdik. Son missiya on il əvvəl orada idi. Hər il onlara niyə ora getməmələrini söylədim. Gedin, görün qanunsuz məskunlaşma var, şəhərlərimiz və kəndlərimiz dağıdılır, adları dəyişdirilir, tarixi abidələr məhv edilir və ya erməniləşdirilir. Ermənistanın onları ora buraxmadığını söyləyərək getmədilər”.

Azərbaycan tərəfinin dediklərində nə qədər haqlı, Ermənistanınsa nə qədər iki üzlü olduğunu bu fotolar baxmaqla aydın görmək olar. Tək bir şəhərdə, Azərbaycan mədəniyyətinin beşiyi sayılan Şuşanın dünənini və bu gününü əks etdirən bu fotolar erməni barbarlığının əyani sübutudur.

İndi Azərbaycanda azad edilmiş torpaqlardakı dağıdılmış mədəni yerlərin siyahısı hazırlanır ki, bu da onların sonrakı bərpası üçün lazımdır. Bakı beynəlxalq institutların köməyi ilə bir monitorinq aparacaq, real vəziyyət qiymətləndiriləcək və bu erməni vandalların məsuliyyətə cəlb edilməsi üçün hüquqi addımlar atılacaq.

Əvvəllər Azərbaycan Respublikasının YUNESCO yanında Daimi Nümayəndəsi olmuş və ölkəsinin bu beynəlxalq təşkilatla əlaqələrini möhkəmləndirmək üçün çalışmış Anar Kərimov bir neçə gün qabaq Azərbaycanın Mədəniyyət naziri təyin edildi. Bu da Azərbaycan hökümətinin bu məsələdə nə qədər israrlı olduğunun daha bir göstəricisidir.

YUNESCO-da Azərbaycanın həm dünya, həm də xristian mədəniyyət abidələrini bərpa edərək dünya mədəni irsinə verdiyi töhfə barədə kifayət qədər ətraflı məlumat var.Lakin ermənilərin Dağlıq Qarabağda,ərtaf ərazilərdə və Ermənistandakı azərbaycanlıların qədim mədəni irsinə qarşı insanlığa sığmayan hərəkətləri barədə YUNESKO-nun xəbəri yoxdur.

“Azərbaycandakı digər dinlərin abidələrinin təhdid altında olduğuna görə kim bizi ittiham edə bilər? Təcrübəsiz siyasətçilər, bölgəmizdən xəbərsiz, lakin erməni lobbisinin sifarişini yerinə yetirən, bunun üçün çalışan populistlər, bizə qarşı hər hansı əsasla iddia edə bilər? Gedib ermənilərin abidələrimizi nə günə qoyduqlarına baxsınlar. Niyə 30 ildir ki, YUNESKO bu məsələni qaldırmır? Dəfələrlə müraciət etdik. Bu müraciətlər məktub şəklində sənədləşdirilib- “deyə İlham Əliyev söylədi.

İkinci Qarabağ müharibəsindən əvvəl Bakı YUNESCO-nu işğalçıları Azərbaycanın tarixi abidələrini xarabalığa çevirdiyini öz gözləri ilə görmək üçün öz nümayəndələrini işğal olunmuş ərazilərə göndərməyə çağırdı. Ancaq məsələni siyasiləşdirmək istəmədiklərini izah edərək YUNESCO-ya getməkdən imtina etdilər.Azərbaycan prezidenti buna da münasibətini bildirib: “İki il əvvəl sualı siyasiləşdirmək istəmədiniz, indi niyə istəyirsiniz? Zəngilanda mən onlara üz tutdum. Dedim, gözlərinizi açın və görün ermənilərin məscidlərimizi nəyə çevirdiyini. Oradan bir reaksiya gəldimi? Xeyr! Ermənilər tərəfindən hər şey məhv edilir .Bəs biz nəyi məhv etmişik? Biz bütün maddi-mənəvi dəyərləri təmir etdik və qoruduq”.

İlham Əliyev bəyan etdi ki, bu gün Bakı YUNESCO ilə əməkdaşlığı davam etdirməyə hazırdır, lakin bir şərtlə ki, təşkilat müstəqil beynəlxalq statusunu qorusun və yalnız bir tərəfin rəyinə qulaq asmasın.”Hər halda, niyyətlərimiz safdır. Münasibətlər ikili standartlardan, islamofobiyadan, ayrıseçkilikdən azad olmalıdır” –deyə Azərbaycan lideri bildirib.

“Vestnik Kavkaza”, 5 yanvar 2021.

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

 

 

Məqalənin özü: https://vestikavkaza.ru/analytics/ispolzuet-li-unesko-dvojnye-standarty-v-karabahe.html

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*