Vətən müharibəsi qazisi evləndi – VİDEObackend

Vətən müharibəsi qazisi evləndi - VİDEO

Vətən müharibəsi qazisi, leytenant Mobil Əhmədzadənin toy mərasimi keçirilib.

KONKRET.az xəbər verir ki, yalnız kişi məclisindən ibarət olan toyda tanınmış ictimai xadimlər, qazilər və müharibə iştirakçıları, Mobil Əhmədzadənin döyüş yoldaşları, şəhid ailələri iştirak ediblər.

Əsl vətənpərvərlik abu-havasında keçən məclisdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himnimiz səsləndirilib. Daha sonra məclis vətənpərvər ruhda səsləndirilən musiqi ifaları və rəqslərlə davam etdirilib.

Qeyd edək ki, Mobil Əhmədzadə 1999-cu ildə Bakı şəhərində anadan olub. 2014-cü ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub və 4 illik hərbi təhsilini orada davam etdirib. Artıq 4-cü kursda oxuyan zaman Vətən müharibəsi başlayıb və Mobil Əhmədzadə vaxtından əvvəl leytenant rütbəsini alaraq müharibəyə qatılıb. Uzun döyüş yolu keçib və ağır döyüşlərin birində yaralanıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*