“Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
KONKRET.az xəbər verir ki, bu, Cinayət Məcəlləsinin 274-cü, yəni “Dövlətə xəyanət” maddəsidir.
Qeyd olunan maddəni xatırlatmaqda məqsəd Azərbaycandakı bəzi həbslərə etiraz edənləri məlumatlandırmaqdır. Yəni sizin övladınız, doğmanız, dotunuz, nəbilim, tanışınız yuxarıda yazılan qanunsuzluqlardan hansınısa törədibsə, “balamı günahsız yerə tutdular” gileyiniz yalan dolu fəğandır. Çünki İranın casus şəbəkəsinin icra etdiyi tapşırıqlarda:
– suverenlik;
– ərazi toxunulmazlığı;
– dövlət təhlükəsizliyi;
– düşmən tərəfə keçmə;
– casusluq;
– dövlət sirrini xarici dövlətə vermə;
– Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə kimi məqamlar var. Elementar nümunə kimi “Vilayəti-Fəqih”, “Kərimə dövləti” üçün çalışanları göstərmək olar. Adın da qoyublar şiəlik! Əslində isə bu, farsların İslamdan, türk dünyasından intiqam almaq üçün yeni Sasanilər yaratmaq cəhdləridir, işğalçılıq niyyətidir, separatçılığın təşviqidir.
Nardaran hadisələrini yada salaq.
İran din pərdəsi ilə Bakının adıçəkilən qəsəbəsində qondarma rejim yaratmaq istəyirdi. Farslar öz məkirli planlarını reallaşdırmaq üçün din, əhli-beyt aşiqliyi kimi ideoloji silahlardan istifadə edirdilər. Azərbaycanlılarda asılılıq yaratmağın digər növü islam respublikasının “patı siyasəti”dir. Narkomanın ən müqəddəs və ali saydığı isə uyuşdurucu maddələrdir. Belə ki, ayətullahlar özlərini mələk kimi sırıya bilmədikləri azərbaycanlılarda narkoasılılığı çoxaltmaq istəyirlər ki, həmin kütlə xilas yolunu İrana birləşməkdə görsün. Azərbaycanın içində “dövlət” qurmaq istəyən və özünü İran şiəsi sayanların yadına salaq ki, bu çirkin əməli ermənilər həyata keçirtməkdə israrlıdır. Siz ki erməni deyilsiniz!
Amma yox, İran sevdalı insanlar, Xamenei aşiqlərinin erməniləşməsi 2×2-dir. Çünki özünü şiələrin dini lider sayan bu Əliyə imam Əli qədər inanmaq olmaz. Xam qəbildən olan ayətullahlar məsciddə donuz saxlayanları məscid ziyarətinə aparır. Kim Kardaşyan kimi ermənilərin namusunu çəkmək naminə əldən-ayaqdan gedirlər və beləcə qeyrət simvolu sayılan papaqdan da keçirlər. Fars uydurmalarına necə aldanmaq olar?
Axı…
• İranda il ərzində edam olunanların çoxu azərbaycanlıdır;
• Molla rejiminin azərbaycan dili qadağaları var;
• Tehranda azərbaycan dilində sual verənə üz çevirirlər.
Bu bilirsiniz nəyə döndü? Saakaşvilidən sonrakı Gürcüstanda rusca danışan turistlərə gürcülərin ağız əyməyi kimidir. Lakin gürcülərin buna əsası var, çünki ruslar Abxaziya, Cənubi Osetiya “müstəqilliyi”, Gürcüstanla savaş həyata keçirib. Bəs farslar İrandakı 30-40 milyon azərbaycanlıya nə üçün “duşman muamelesi yapıyor”? Çünki bizə nifrət edirlər. Bu halda biz niyə onları sevməliyik? Haqdırlar? Müsəlmanlar arasında təfriqə salmaqla məşğul olanların Haqqa aidiyyatı yoxdur. Riyaziyyat dili ilə danışsaq, bu sadə tənlikləri qavramaq və düz yola qayıtmaq elə də çətin deyil. Yox əgər sizi aldadırlarsa ki, “bizim şəbəkədən çıxmaq istəsən, bütün məlumatlarını dövlətə ötürəcəyik və ömürlük həbsdə yatasan”, inanmayın. Ziyanın yarısından qayıtmaq da xeyirdir. Yazını başladığımız 274-cü maddənin sonunda qeyd var:
“Bu maddədə, habelə bu Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsi üçün xarici ölkələrin xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş şəxs aldığı cinayət tapşırığının icrası üzrə heç bir fəaliyyət göstərməmişsə və dövlət hakimiyyət orqanlarına könüllü surətdə və vaxtında məlumat vermişsə və ya Azərbaycan Respublikasının mənafelərinə ziyan vurulmasının qarşısının alınmasına sair formada kömək etmişsə, əgər onun hərəkətlərində başqa cinayətlərin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad olunur”.
Bu qeyddə toxunulan 276-cı maddənin adı “Casusluq”dur:
“Dövlət sirri olan məlumatları xarici dövlətə, xarici təşkilata və ya onların nümayəndələrinə vermə, yaxud vermək məqsədilə oğurlama, toplama və ya saxlama, habelə xarici ölkələrin xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan Respublikasının təhlükəsizliyi zərərinə olaraq istifadə etmək üçün sair məlumatları vermə, vermək məqsədilə oğurlama və ya toplama, əgər casusluq əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən törədilərsə əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
İran üçün çalışmaq cihad deyil, cihad elə İrandakı rejimi devirmək naminə baş verən etirazlardır. Qadını-qızı, ahılı-körpəni amansızcasına qətlə yetirən müəmmalı əmmaməlinin yolu Allah yolu deyil. Bir rejimin ki, yaradıcı Ruhullahı ingilis agenti olub və şah rejimi devriləndə Fransada “upakovka”layıb İrana yollayıblar.
O ki qaldı Azərbaycanın Qərbin, sionistlərin sifarişi ilə islam respublikasını tənqid etmək cəfəngiyyatına:
1. İsraildə Azərbaycan səfirliyi açıldı, Fələstində də bu istiqamətdə danışıqlar aparıldı;
2. Azərbaycan ən çox ABŞ və Avropanı tənqid edir;
3. Bunu Kremlin təsir gücü ilə izah edənlərin nəzərinə çatdıraq ki, Rusiya və İran tərəfdaş kimi çox yaxınlaşıblar. Yəni Bakıda Rusiyanın təsir gücü olsa idi, Xameneidən quş tutmaz, ona Ququşun nəğmələrini söylərdik;
4. Azərbaycanda molla rejimi qədər tənqid olunan ikinci dövlət Rusiyadır.
Əlqərəz, II Qarabağ savaşındakı zəfərdən sonra Azərbaycanın müstəqil siyasət xətti daha da möhkəmləndi və hökumət 30 il ərzində yaranmış çatların təmiri ilə məşğuldur. İranın casus şəbəkəsi də həmin çatlardan birində yuva qurmuş milçək kimidir. Bilirəm, “milçək bir şey deyil, amma ürək bulandırar”.
KONKRET.az-ın Analitik Qrupu
Xamneyi və iranın digər təqlitçi alimləri oğraşdır, ondan bundan əmələ gələndir. Gəldiyi bel bilinmir. Anasının qarnında dayısının quyruğun dişdiyənlərdir
Bow bow daniwib ozunuzu aldatmayin,bu respublikada dovlete minnlerle insan xeyanet edir,ozunuzde yaxshi bilirsiz,sadece burda yixilana tepik vururlar,onun iki balasi var bilmeden nese olur arawdirin zehmet olmasa