Vətəndaşlara ŞAD XƏBƏR: Bu şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadəsi mümkün ola bilərbackend

Vətəndaşlara ŞAD XƏBƏR: Bu şəxslərin ictimai nəqliyyatdan pulsuz istifadəsi mümkün ola bilər

Bəzi ölkələrdə pensiya alan vətəndaşlara ictimai nəqliyyat xidmətləri ya tamamilə pulsuz təqdim edilir, ya da ciddi endirimlər tətbiq olunur. Bu həmin ölkələrin sosial rifah siyasətinin bir hissəsi kimi həyata keçirilir. Bəs, ölkəmizdə bu mümkündürmü?

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da bu təşəbbüsün həyata keçirilməsi mümkündür, lakin bunun üçün mövcud biznes modeli dəyişdirilməlidir.

Rauf Ağamirzəyev: “Azərbaycan və Qazaxıstan Orta...

“Brutto müqavilələrə keçid olmalıdır. Yəni daşıyıcı şirkətlər hər kilometrə görə subsidiya almalıdırlar. Bu halda müxtəlif bilet paketlərinin – günlük, həftəlik, aylıq, 6 aylıq və illik paketlərin tətbiqi ilə yanaşı, güzəşt kateqoriyasına aid olan şəxslər, o cümlədən pensiyaçılar üçün endirimli biletlərin təşkili mümkün olacaq”, – deyə ekspert vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*