Vətəndaşlardan xəsarət alan yoxdur – DİNbackend

Vətəndaşlardan xəsarət alan yoxdur - DİN

Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adına kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən KONKRET.az bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.

“İlkin məlumata görə vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Aidiyyəti qurumlar tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, – rəsmi məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*