Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRARbackend

Vəzifəli şəxsin fermasını talayan mühafizəçi ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Anar Kərimlinin (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Anar Kərimli 2021-ci ilin sentyabr ayından 02 mart 2022-ci il tarixədək olan müddət ərzində zərərçəkmiş Mahir Əsədova (şərti) məxsus Xaçmaz rayonu, Susayqışlaq kəndində yerləşən fermada mühafizəçi kimi işləyib. O, çalışdığı müddət zamanı ümumilikdə 73 100 manat dəyərində oğurluq edib, o cümlədən 3 300 manat dəyərində 22 baş qoyunu, 2 200 manat dəyərində olan 1 baş inək və inəyin 6 aylıq balasını, 60 000 manat dəyərində olan 15 000 ədəd farel balığını, 7 500 manat dəyərində olan 5 ədəd havalandırıcı mühərriki və 4 ədəd balıqlara su vermək üçün nəzərdə tutulmuş mühərriki gizli olaraq talayıb.

Qeyd: Zərərçəkmiş Mahir Əsədov şirkətlərin birində direktor müavini vəzifəsində çalışıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*