Azərbaycanda keçən bələdiyyələrin vəzifəli şəxsləri barədə cinayət işi açılan bələdiyyələr məlum olub.
KONKRET.az xəbər verir ki, bu, fevral ayının 18-də Milli Məclisin Regional məsələlər komitəsində müzakirəyə çıxarılacaq “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzə” də əksini tapıb.
Bildirilib ki, Şəki rayonunun İncə, Binəqədi rayon Biləcəri və Sabirabad rayonu Kürkəndi bələdiyyələrinin sabiq sədrləri, Masallı rayon Sərçuvar, Qax rayon Avyazı, Daşkəsən rayonu Xoşbulaq bələdiyyələrinin sədrləri barədə cinayət işi başlanıb.
Eyni zamanda Bakı şəhəri Binəqədi qəsəbə, Neftçilər rayonu Xol Qarabucaq və Xol Qaraqaşlı, Goranboy rayonu Dəliməmmədli, Hacıqabul rayonu Abdulabad, Ağstafa rayonu Dağ Kəsəmən, Lerik rayonu Noda, Göygöl rayonu Aşıqlı və Ucar rayonu Qaracallı bələdiyyələrinin vəzifəli şəxsləri barəsində də cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb.