Vilayət Eyvazov onu rəis TƏYİN ETDİbackend

Vilayət Eyvazov onu rəis TƏYİN ETDİ

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Suraxanı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə yeni rəis təyin edib.

KONKRET.az xəbər verir ki, nazirin əmri ilə polis mayoru Mais Məmmədov Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin Yol Nəqliyyat Hadisələri üzrə baş inspektor vəzifəsində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*