Vilayəti: “Azərbaycan Ermənistanı ikiyə bölməklə İranın milli maraqlarını nəzərə almır”backend

Vilayəti: "Azərbaycan Ermənistanı ikiyə bölməklə İranın milli maraqlarını nəzərə almır"

Regionda dəyişən geosiyasi vəziyyət bəzi məsələlərin həllini labüd edib. Bunlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Azərbaycanla Naxçıvan Muxtar Respublikasının quru sərhədlərini birləşdirəcək Zəngəzur dəhlizinin işə düşməsilə bölgədəki kommunikasiya xətləri də işə düşəcək. Blokadanın aradan götürülməsi həm də region dövlətlərinin iqtisadi əlaqələrinin daha da güclənməsinə səbəb olacaq. Zəngəzur dəhlizinin açılmasına bir sıra amillərin mane olması səsəbindən öhdəlik yerinə yetirilmir. İran tərəfinin Zəngəzur dəhlizini özünün “qırmızı xətti” hesab etməsi yolun açılmasına bir başa əngəl yaradır.

KONKRET.az xəbər verir ki, bunu İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xameneinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayətinin son müsahibəsində də görmək mümkündür.

İranda nəşr edilən “Times” qəzetinə müsahibə verən Vilayəti Zəngəzur dəhlizi haqqında danışıb.

Onun sözlərinə görə, Naxçıvanı Azərbaycanın qalan hissəsi ilə birləşdirməyin arxasında xüsusi niyyət dayanır:

“Azərbaycan Ermənistanı iki yerə bölməklə, Əhəmənilər İmperiyası dövründən qalan əlaqəni kəsib İranla Ermənistanın əlaqəsini əngəlləmək istəyir. Bununla İranın dünya ilə əlaqəsi də məhdudlaşacaq. Həm də İranın qonşuları 15 yox, 14 ölkə olacaq. İran İslam Respublikasının Şimali Qafqaz, Rusiya və Avropa qitəsi ilə sərbəst əlaqəsi qırılacaq. Regional sərhədlərdə istənilən dəyişiklik uzunmüddətli gərginliklərə səbəb olacaq”.

Ultimatum xarakterli müsahibədə iranlı dövlət xadimi bir daha ölkəsinin xarakterini nümayiş etdirir. Ermənistanın ikiyə bölünəcəyindən narahat olan Vilayəti Əhəmənilər dövründən Ermənistanla yaranan əlaqənin kəsiləcəyindən narahatdır. Görünür, bu adamın tarixdən, ümumiyyətlə, xəbəri yoxdur, ya da erməni qardaşları kimi tarixi saxtalaşdırmağa meyillidir. Yəqin Vilyayəti bilməmiş deyil ki, Əhəmənilər dövründə regionda Ermənistan adında dövlət olmayıb. Hazırkı Ermənistan Rusiyanın əsəridir və Türkiyə ilə Azərbaycanın arasında bufer zona rolunu oynayır. Ermənistanı İranla birləşdirən Meğri rayonu da 1930-cu ildə Azərbaycandan alınaraq Ermənistana birləşdirilib. Tarixi təhrif edən, cənub qonşumuzun erməni sevdalısı olması zatən bəllidir. Ancaq onların Zəngəzur dəhlizilə bağlı mövqeyi başa düşülən deyil. Amma İranın və onun dostlarının səyi nəticəsiz qalacaq və yaxın vaxtlarda Zəngəzur dəhlizi işə düşəcək. O zaman İranın “qırmızı xətti”nin rəngi mütləq dəyişəcək.

Vəli Həsənov,

KONKRET.az

  • İsmayıl Rzayev
    İyul 13, 2023 - 21:37

    ARTIQ VİLAYƏTİ GEDİŞATI YAXŞI BAŞA DÜŞÜR Kİ ERMƏNİ QARDAŞLARI HARADAN GƏLİBLƏR ORADA DÖNMƏLİDİRLƏR.AZƏRBAYCANA MƏXSUS İRƏVAN QƏRBİ AZƏRBAYCAN TORPAQLARI SAHİBİNƏ QAYTARILMALIDIR ONA GÖRƏDƏ FARS MOLLA REJİMİ SANCIYA DÜŞÜB.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*