Viqen Akobyan: “Paşinyan istefası üçün iki məsələni həll etməlidir”backend

Viqen Akobyan: “Paşinyan istefası üçün iki məsələni həll etməlidir”

Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə erkən parlament seçkilərinin keçirilməsi ilə bağlı siyasi qüvvələrlə məsləhətləşmələr aparacağını elan edib. Siyasi ekspertlərin fikrincə, Paşinyan bununla istefasını mümkün qədər təxirə salmağa çalışır.

KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, siyasi ekspert Viqen Akopyan Nikol Paşinyanın son bəyanatı ilə bağlı fikirlərini açıqlayıb. O bildirib ki, ”Baş nazir Nikol Paşinyan növbədənkənar parlament seçkiləri yolu ilə özünün, yaxın ətrafının və komandasının təhlükəsiz siyasi gələcəyini təmin etməyə çalışır. Hesab edirəm ki, bu, onun alternativ həll yollarından biridir. Digər seçimlər arasında komandasından müvəqqəti baş nazir namizədliyi də var”.

V.Akopyanın sözlərindən belə məlum olur ki, Ermənistanda bu dəfə etiraz prosesləri (mümkün hakimiyyət dəyişikliyi ilə bağlı) yalnız küçə hərəkətləri ilə məhdudlaşmayacaq. Küçə yürüşlərinin rolunu istisna etməyən, ancaq bununla məhdudlaşmayan bəzi hibrid seçimlər də mümkündür. Digər amillər arasında pərdəarxası danışıqlar, “elitaların qiyamı” (Paşinyana görə), ümumerməni strukturlarının, kilsələrin, keçmiş prezidentlərin və yerli özünüidarəetmə orqanları rəhbərlərinin çağırışları da var.

“Rusiyanın öz işgüzar elitası ilə əlaqəli qərarlarını da diqqətdə saxlamaq lazımdır. Çünki Ermənistanın siyasi gələcəyi ilə bağlı qərar verərkən Kreml öz işgüzar elitasının da fikirlərini nəzərə alacaq”, – deyə Akopyan bildirib.

“İndi Paşinyan iki əsas məsələni həll etməyə çalışır. Bunlardan birincisi, özünün və yaxın ətrafının təhlükəsizliyinin təmin edilməsidir. Burada söhbət həm fiziki təhlükəsizlikdən (radikal çağırışlar nəzərə alınmaqla), həm də cinayət təqibindən yayınmaqdan gedir.

İkincisi, siyasi zəmanətlər və komandasının gələcək siyasi proseslərdə iştiraketmə imkanlarıdır. Paşinyan baş nazir postundan gedənə qədər bu iki məsələni həll etməyə çalışır”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*