Virtual Reallıq dərsləri başlayırbackend

Virtual Reallıq dərsləri başlayır

Təhsildən Peşəyə – devizi ilə yola çıxan Barattson daha bir yeniliyə imza atıb.

İnnovativ layihələri ilə tanınan Barattson, Azərbaycanda yaradılmış, Amerikanın Delaveyr ştatında qeydiyyatdan keçmiş və təsis olunmuş VRiendly startap şirkəti ilə birgə VR (Virtual Reallıq) üzərindən təhsil modelini testdən keçirib.

İlkin sınaq dərsi uğurla nəticlələnib. Dərsdə iştirakçı qismində Barattsonun təhsil üzrə səfiri Səfa Mehdi və dillər bölməsi üzrə aparıcı müəllimi Fidan İskəndərli iştirak edib. İştirakçılar müxtəlif məkanlardan virtual auditoriyalara qoşularaq sınaq dərsini VR eynəkləri vəsitəsi ilə həyata keçiriblər.

Xatırladaq ki, gələcəyin təhsil modeli olan VR-Virtual Reallıq təlim iştirakçılarının vaxtına və xərclərinə qənaət etmək, eyni zamanda məhdud imkanlı şəxslərin istənilən təlimlərdə iştirakını təmin edərək məkan əlçatmazlığını tamamilə aradan qaldırmağa iddialıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*