Vitkoff İranla bağlı SƏRT DANIŞDI: “Mümkün deyil…”backend

Vitkoff İranla bağlı SƏRT DANIŞDI: "Mümkün deyil..."

İrana heç bir səviyyədə uranın zənginləşdirilməsi qəbul olunmazdır.

KONKRET.az xəbər verir ki, ABŞ-ın xüsusi elçisi Skott Vitkoff ABC telekanalına müsahibəsində bildirib ki, prezident Tramp İrandakı nüvə münaqişəsini diplomatik yolla həll etmək istəyir, lakin bunun üçün “urandan zənginləşdirmə” tamamilə məhdudlaşdırılmalıdır.

“Prezident çox aydın olub: o, bu konflikti dialoqla həll etmək qərarındadır. Amma bizim üçün qırmızı xətt var – uranın zənginləşdirilməsi. Biz hətta 1% zənginləşdirməyə də imkan vermərik. Zənginləşdirmə silah hazırlanmasının yolunu açır və biz burada bombanın yaranmasına icazə verməyəcəyik. Bununla belə, danışıqlarda hədəflərimizə çatmağın çoxsaylı yolları var.” ,- deyə Vitkoff qeyd edib.

O, yaxın həftələrdə Avropada yeni görüşün planlaşdırıldığını və bunun “real, müsbət nəticələrə” gətirib çıxaracağına ümid etdiyini əlavə edib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*