Volt niyə bağlandı? – “Kuryerlər yolda yeməyi yeyir”backend

Volt niyə bağlandı? - "Kuryerlər yolda yeməyi yeyir"

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Volt Azərbaycan” MMC­nin fəaliyyətini dayandırması barədə verdiyi qərar doğru deyil”.

KONKRET.az xəbər verir ki, bunu Bakupost.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib.

O qeyd edib ki, Agentlik şirkətlə birgə nöqsanları aradan qaldırmağa çalışmalıdır:

“Kuryer şirkətini bağlamaq vəziyyətdən çıxış yolu deyil. ”Volt”un bağlanması bazara monopolist şirkətin daxil olmasına şərait yaradacaq. Bu, nəzərə alınmalıdır. Qeyd edim ki, kuryer şirkətlərindən AİB-ə də şikayətlər olunur. Ən çox şikayətlər sifariş verilən yeməyin yolda yeyilməsi ilə bağlıdır. Amma hələ ki, yeməyin keyfiyyəti barədə şikayət edilməyib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*