“Ermənistan parlamentinin Roma Əsasnaməsinin ratifikasiyası Putinə qarşı qeyri-dost addımdır”
KONKRET.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədr müavini Yuri Vorobyov deyib.
“Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun Ermənistan parlamenti tərəfindən ratifikasiyası barədə böyük təəssüf hissi ilə xəbər tutdum. Bu qərar bizim liderimizə – Rusiya prezidenti Vladimir Vladimiroviç Putinə qarşı qeyri-dost addım kimi qəbul edilir.
Erməni parlamentarilərin qərarı bizim Rusiya-Ermənistan Parlamentlərarası Komissiyasının işi çərçivəsində formalaşmış konstruktiv və inamlı münasibətləri məhv edir.
Amma əminəm ki, heç bir qüvvə rus və erməni xalqlarının çoxəsrlik dostluğunu poza bilməyəcək”, – deyə Federasiya Şurasının sədr müavini Yuri Vorobyov Telegram-da yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az