“WhatsApp”ın işləməməsinin səbəbi məlum oldubackend

“WhatsApp”ın işləməməsinin səbəbi məlum oldu

“Meta” şirkəti “WhatsApp” sosial şəbəkəsində bu gün səhər saatlarında müşahidə olunan iki saatlıq fasilənin səbəbini açıqlaylb.

KONKRET.az xəbər verir ki, açıqlamada bunun “Meta” şirkəti tərəfindən buraxılan texniki səhvlə bağlı olduğu bildirilib.

“Problemi həll etdik və yaranan narahatlığa görə üzr istəyirik”, – şirkət əlavə edib.

Qeyd edək ki, bu gün saat 10:00-da dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda “Whatsapp” sosial şəbəkəsinin işində problem  yaranıb. Nasazlığın yaratdığı fasilə iki saat davam edib.

Xatırladaq ki, sonuncu dəfə sosial şəbəkədə ötən il problem yaranıb və “WhatsApp” 6 saat işləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*