Xaçatryan: “Rusiyalı hakerlər Ermənistan baş nazirinin ofisinin məlumat bazasına hücum edib”backend

Xaçatryan: "Rusiyalı hakerlər Ermənistan baş nazirinin ofisinin məlumat bazasına hücum edib"

Rusiyalı hakerlərin Ermənistan baş nazirinin dəftərxanasının məlumat bazasına hücumu ilə bağlı məlumatlar yoxlanılır.

KONKRET.az xəbər verir ki, bunu NEWS.am saytının müxbiri ilə söhbətində Ermənistan hökumət başçısının aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Armen Xaçatryan deyib.

“Hazırda bu barədə heç bir təsdiqimiz yoxdur”, – Xaçatryan deyib.

Xatırladaq ki, daha əvvəl rus haker qruplarından biri FTP transfer sistemi vasitəsilə Ermənistan baş nazirinin ofisinin məlumat bazasına nüfuz etdiklərini açıqlayıb.
Hakerlər “Bizim ixtiyarımızda informasiya bazası var” deyiblər və bildiriblər ki, hökumət növbəti 48 saat ərzində onlara 2,5 milyon dollar köçürməsə, məlumatlar məhv ediləcək.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*