Xaçaturyan: “Hakimiyyət Laçın dəhlizinin ən qısa zamanda açılması üçün hər şeyi etməyə borcludur”backend

Xaçaturyan: "Hakimiyyət Laçın dəhlizinin ən qısa zamanda açılması üçün hər şeyi etməyə borcludur"

“Ermənistan Laçın dəhlizinin bir saat, bir saniyə tez açılması üçün hər şeyi etməyə borcludur”.

KONKRET.az xəbər verir ki, bunu dekabrın 23-də Gümrüdə jurnalistlərlə söhbətində Ermənistan Prezidenti Vaaqn Xaçaturyan deyib.

O bildirib ki, Ermənistan hakimiyyəti Laçın dəhlizinin ən qısa zamanda açılması üçün bütün lazımi addımları atmalıdır.

“Hakimiyyət Laçın dəhlizinin tez bir zamanda açılması üçün işləməyə və hər şeyi etməyə borcludur. Bu o demək deyil ki, biz başqa sahələrdə işi dayandırmalıyıq.

Azərbaycan tərəfi Ermənistanın iqtisadi uğurlarının qarşısını almağa çalışacaq. Lakin istənilən halda biz buna nail olmalıyıq”, – deyə prezident sərsəmləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*