Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.
KONKRET.az məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Abbasov Ağakərim Seyfulla oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ budun kəsilmiş-deşilmiş, daxilə nüfuz edən yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.