Xaçmazda ağacəkmə aksiyası keçirildi – FOTO – VİDEObackend

Xaçmazda ağacəkmə aksiyası keçirildi - FOTO - VİDEO

Bu gün Xaçmazda 1000-dən artıq ağac əkilib.

KONKRET.AZ xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib.

Aksiyada 1000-dən artıq ağac əkilib. Ağacəkmə kampaniyasında Xaçmaz RİH-nin başçısı Elnur Rzayev də iştirak edib.

Həmçinin aksiyaya idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyəti də qatılıb.

Qeyd edək ki, Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkədə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə edir.

Müxbir: Cəlal FƏRZƏLİYEV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*