Xaçmazda zəncirvari qəza – Xəsarət alanlar varbackend

Xaçmazda zəncirvari qəza - Xəsarət alanlar var

Xaçmaz rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama magistral yolunun 13-cü km-də, Vəlvələ çaydan keçən hissəsində qeydə alınıb.

Belə ki, “Volkswagen-Passat” və “VAZ-2107″ markalı minik avtomobilləri paytaxt istiqamətində hərəkətdə olan “KamAZ” markalı yük maşınına çırpılıb.

Qəza zamanı Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Şəfiyev Elxan Eldar oğlu, Quba rayon sakini, 1996-cı il təvəllüdlü Əlirzayev Məhəmməd İdris oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Şahidlərin şözlərinə görə, hadisəyə səbəb “Volkswagen-Passat”ın sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Faktla bağlı araşdırma aparılır. Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*