Xalatyan: “Nikolu reytinq yox, münaqişənin həlli maraqlandırır”backend

Xalatyan: “Nikolu reytinq yox, münaqişənin həlli maraqlandırır”

Məlum olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nikol Paşinyanın Ankaraya səfərinə müsbət münasibət bildirib. Siyasi şərhçi Ayk Xalatyan bu açıqlamanı öz məntiqi ilə şərh edib.

KONKRET.az xəbər verir ki, A.Xalatyana görə, Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Nikol Paşinyanı dəstəkləməsi ilə bağlı bəyanatı təsadüfi deyil.

Ayk Xalatyan fikirlərini belə əsaslandırıb: “Ərdoğanın məqsədi var idi – Türkiyənin Azərbaycanı dəstəklədiyini, Bakı və Ankaranın həm Ermənistanla sülh sazişi üzrə danışıqlarda, eləcə də Zəngəzur dəhlizi ilə bağlı ortaq mövqe tutduğunu göstərmək.

Ona görə də Ərdoğan Nikol Paşinyanın Azərbaycanla sülh yolu ilə nizamlanması ilə bağlı mövqeyini açıq şəkildə dəstəkləməklə Ermənistandan, erməni xalqından nə gözlənildiyini nümayiş etdirmək qərarına gəlib”.

Politoloq hesab edir ki, Ermənistan daxilində Nikol Paşinyan və komandasının nüfuzu getdikcə aşağı düşür. Amma bu hakimiyyəti qəti narahat etmir. Nikolun tərəfdarları əslində hansısa sektanın üzvləri ilə müqayisə oluna bilər. Çünki bu adamlar Əliyevin, Ərdoğanın Paşinyana dəstək olaraq nə deyəcəyi ilə maraqlanmır – istənilən halda ona dəstək verməyə hazırdırlar. Ümumiyyətlə, biz artıq görürük ki, hətta hökumətin özü də reytinqini artırmağa ümid etmir. Onun məqsədi hər hansı müxalif qüvvənin və ya müxalif siyasətçinin yüksək reytinq qazanmasının qarşısını almaqdır.

Əsasən, güc maşınının, hökumətyönlü medianın və teleqram kanallarının səyləri potensial rəqibləri gözdən salmağa yönəlib. Ona görə də düşünmürəm ki, Paşinyanın onsuz da son vaxtlar kifayət qədər ciddi şəkildə aşağı düşən reytinqi Ərdoğanın ona ünvanladığı komplimentlərə görə daha da pisləşəcək”.

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*