“Xalq acından ölər, Ağdam yolundan istifadə etməz” – Martirosyanbackend

"Xalq acından ölər, Ağdam yolundan istifadə etməz" - Martirosyan

Erməni cəmiyyətinin deqradasiyası hələ 35 il əvvəl başlayıb. Məhz həmin dövrdə qonşularına nifrət və dözümsüzlük nümayiş etdirən erməni xalqının dünyagörüşünün formalaşmasında sənət adamlarının, ictimai xadimlərin, yazıçı və şairlərin rolu böyükdür. Əsasən xalqı silahlı mübarizəyə səsləyən şair və yazıçılar öz əsərlərində azərbaycanlılara və türklərə nifrət hissi aşılamaqla erməni xalqında qonşulara qarşı düşmənçilik ruhu formalaşdırıblar. Hələ kiçik yaşlarından nifrət toxumu ilə böyüyən erməni uşaqlar “Türklər və azərbaycanlılar düşmənimizdir” şüarı ilə yaşayırlar.

Məhz erməni şair və yazıçılar illərdir öz əsərlərində qonşularından düşmən obrazı yaratmaqla məşğuldurlar.

KONKRET.az xəbər verir ki, bunlardan biri də yazıçı Hamlet Martirosyandır. Bütün əsərlərini düşmənçiliyə həsr edən erməni yazıçı yenə də xalqı silahlı münaqişəyə səsləyir. “Qarabağın itirilməsi erməni xalqının sonunu gətirəcək”, – deyən Martirosyan çıxış yolunu İrəvandan Xankəndiyə piyada getməkdə görür. Öz əsərlərində uydurduğu yalanlara inanan yazıçıya elə gəlir ki, Qarabağa piyada gedənlər sərhədi asanlıqla keçə biləcək. Hələ də 30 il əvvəlki ab-havayla yaşayan əksər ermənilər istədikləri vaxt Qarabağa girib-çıxacaqlarını düşünürlər:

“Təəssüf ki, Ermənistanda elita uğursuzluğa düçar oldu. Bu qəribə biganəlik haradandır? Bu günlərdə adamda belə bir təəssürat yaranır ki, Ermənistandakı insanları Qarabağın olub-olmaması maraqlandırmır. Yolun birtərəfli açılması Qarabağı birdəfəlik tərk edənlərin çoxalmasına səbəb olacaq”.

Daha sonra alternativ marşruta toxunan Martirosyan bildirib ki, Ağdam yolundan istifadə erməni xalqının ruhunu zədələyəcək: “Xalq acından ölməyə hazırdır, amma Ağdam yolundan istifadədən imtina edir. Pis günlər keçəcək, bu ağır günlərdə tək qalan Qarabağ ermənilərinə o dünyada nə cavab verəcəyik?”, – deyə Martirosyan bildirib.

O dünyaya hazırlaşan erməni yazıçı çox güman ki, soydaşlarını cəhənnəmdə qarşılayacaq və bir xalq olaraq məhv olmaq xəbərini də yazıçıya “qır qazanları”nın ətrafında çatdıracaqlar.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*