Xalq artisti Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn olunub.
KONKRET.az xəbər verir ki, mərhumla əvvəlcə Heydər Məscidində vida mərasimi keçirilib.
Mərasimdə mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, media mənsubları iştirak edib.
Vida mərasimindən sonra cənazə II Fəxri xiyabana aparılaraq dəfn edilib.
Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.
12:18
Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilir.
KONKRET.az xəbər verir ki, Heydər Məscidində keçirilən vida mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, sənət dostları, mədəni-ictimai xadimlər, həmçinin media mənsubları iştirak edir.
Vida mərasimi yekunlaşdıqdan sonra mərhumun cənazəsi II Fəxri xiyabana aparılaraq dəfn ediləcək.
Xatırladaq ki, uzun müddətdir, kəskin plevritdən əziyyət çəkən Xalq artisti dünən vəfat edib.
Onun əvvəlcə “Qurd qapısı” qəbiristanlığında dəfn olunacağı deyilsə də, sonradan II Fəxri xiyabana dəyişdirilib.//Report