Xalq artisti əsəbiləşdi – Mədəniyyətimizi bərbad günə qoymayınbackend

Xalq artisti əsəbiləşdi - Mədəniyyətimizi bərbad günə qoymayın

“TikTok, instagram, yutubda olan mahnılar çox bərbaddır. Ürək sındırmadan da artıq keçib. Məni bağışlayın, amma gerçəkdən bərbaddır”. 

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova “Qonaqcanlı” verilişində deyib. İfaçı süni intellektlə mahnı bəstələyənləri qınayıb:

“Məclislərin birində gördüm ki, yanımda süni intellektlə mahnı bəstələnir. Düzdür, səsimi çıxarmadım, amma bəstəkarlarımız konservatoriya bitiriblər. Bu, asan deyil. Masa arxasında çala-çala mahnı bəstələyirlər. Yerindəcə sözlər də yazılır. İnanın ki, bu qədər asan deyil. Oxuyun, pulunuzu qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bərbad günə qoymayın”.//yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*