Sovet istehsalı olan “Abesalom və Eteri” filmində rol almış gürcü teatr və kino aktyoru Nuqzar Şariya 82 yaşında vəfat edib.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Xalq artistinin ailəsinə və yaxınlarına başsağlığı verib.
Qeyd edək ki, Nuqzar Şariya 1941-ci ildə anadan olub. O, 60-cı illərdə “Abesalom və Eteri”, “İnquri sahillərində” və “Dağların qanunu” kimi filmlərdə rol alıb. Aktyor 70-ci illərdə Sovet İttifaqından mühacirət edib, Almaniya və ABŞ-da yaşayıb. Onun ömrünün son illərini harada keçirdiyi barədə məlumat verilmir.
İqbal Rzayev,
KONKRET.az