Xalq artisti vəfat etdi – FOTObackend

Xalq artisti vəfat etdi - FOTO

Rusiya Federasiyasının Xalq artisti, məşhur kinorejissor Aleksandr Mitta 92 yaşında vəfat edib.

KONKRET.az publika.az-a istinadla xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rejissorun ölümü ilə bağlı məlumatı oğlu Yevgeni də təsdiqləyib. O, “Əziz atam bu gün dünyasını dəyişdi. Sevirik və yas tuturuq” deyib.

Aleksandr Mitta “Dostum, Kolka”, “Çağırırlar, qapını aç”, “Yan, yan, ulduzum”, “Ekipaj”, “Sərhəd. Tayqa romanı” və digər filmlərin rejissoru olub.

İyunun 30-da Mittanın Moskvadakı evində huşunu itirdiyi bildirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*