Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMAbackend

Xalq artistindən səhhəti ilə bağlı AÇIQLAMA

Artıq yavaş-yavaş səhhətim yaxşılaşır.

KONKRET.az xəbər verir ki, bunu apa-ya açıqlamasında bir neçə gün öncə səhhətində yaranan problemlə bağlı xəstəxanaya yerləşdirilən Xalq artisti Şahnaz Haşımova deyib.

Xalq artisti səhhəti üçün narahatlıq keçirən hər kəsə minnətdar olduğunu deyib:

“İnanıram ki, tezliklə ayağa qalxacağam”.

Xatırladaq ki, Xalq artisti Şahnaz Haşımova səhhətində yaranan problemlə əlaqədar Gəncə Şəhər Xəstəxanasına yerləşdirilmişdi. O, daha sonra Gəncədə müalicə aldığı xəstəxanadan Bakıya – Mərkəzi Gömrük Hospitalına gətirilib və hazırda orada müalicəsi davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*