Xalq artistinin ailəsində ŞAD GÜN – FOTOLARbackend

Xalq artistinin ailəsində ŞAD GÜN - FOTOLAR

Xalq artisti Mələkxanım Əyyubovanın rəssam qızı Nəzrin magistraturaya qəbul olub.

KONKRET.az xəbər verir ki, bu haqda xanəndə özü məlumat verib.

O, qızının şəklini İnstaqram səhifəsində paylaşıb və sevincini izləyiciləri ilə bölüşüb:

“Canım, gözəl qızım Nəzrinim… Səni Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə qəbul olmağın münasibəti ilə ürəkdən təbrik edirəm. Uğurların bol olsun” sözlərini yazıb.

Xatırladaq ki, Nəzrin ötən il nişanlanıb.

Pandemiyaya görə onun toyu təxirə düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*