Xalq artistinin konsertləri yenə təxirə salındıbackend

Xalq artistinin konsertləri yenə təxirə salındı

Xalq artisti Röya Ayxanın Bakı Konqres Mərkəzində keçiriləcək “NAZLI” adlı solo konsertinin vaxtı dəyişdirilib.

KONKRET.az xəbər verir ki, məşhur müğənninin 12, 13, 14 noyabr tarixlərində qeyd olunan konsert qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Sənətçi hazırda Türkiyədədir. Röya Ayxan onunla eyni səhnəni paylaşacaq orkestr rəhbəri ilə yenidən görüş keçirir, repertuar üzərində işləyir. Planlaşdırılan yeni tarix barədə mətbuata açıqlama veriləcək.

Qeyd edək ki, may ayında keçirilməsi planlaşdırılan konsert pandemiya səbəbindən, əvvəlcə oktyabr, daha sonra noyabr ayınadək təxirə salınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*