Xalq artisti Aftandil İsrafilovun səhhəti pisləşib.
KONKRET.az xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran sosial şəbəkədə məlumat verib: “Təcili şəkildə xəstəxanaya yerləşdirilən sənətkarın səhhəti kritikdir. Həkimlər vəziyyətini ağır qiymətləndirirlər. Xərc çox, ümid az. Kömək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın”.
Qeyd edək ki, 81 yaşlı xalq artisti bir müddət əvvəl Tədris Cərahiyyə Klinikasına yerləşdirilmişdi.