Xəbər verdiyimiz kimi, səhhətində problem yaranan və xəstəxanaya yerləşdirilmiş Xalq artisti Naibə Allahverdiyeva bir müddət öncə evə buraxılıb.
KONKRET.az xəbər verir ki, səhhəti ilə bağlı açıqlama verən aktrisa hazırda vəziyyətinin qənaətbəxş olduğunu deyib:
“İndi Allaha şükür pis deyiləm, hazırda yaxşıyam. Səhhətdir də, gah belə olur, gah elə olur. Məndə bir sıra ciddi problemlər var. Hazırda onları müalicə etdirirəm. Səhhətimdə ciddi irəliləyiş yoxdur”.