Rusiyalı opera müğənnisi Anna Netrebko Ukraynada müharibə başlayandan sonra konsertlərdə iştirakını dayandırdığı üçün Nyu-York Metropoliten Operasını məhkəməyə verib.
KONKRET.az BBC-yə istinadla xəbər verir ki, o, təzminat olaraq 360 min ABŞ dolları tələb edir.
A. Netrebko əvvəllər Rusiya prezidenti Vladimir Putini dəstəkləyib, lakin Metropolitan Operanın təzyiqindən sonra Ukraynaya işğalı pisləyib.
51 yaşlı müğənni iddia edir ki, Metropolitan Opera ona “böyük ruhi iztirab və emosional sıxıntı”, o cümlədən “depressiya, alçalma, utanc, stress və narahatlıq, həmçinin emosional ağrı və əzab” verib. Üstəlik, Rusiya teatr şirkətləri ilə müqavilələrini itirib.
Bundan əvvəl də A. Netrebko Metropolitan Operasına qarşı iddia qaldırıb və ona 200.000 dollardan çox təzminat ödənilib.
Xatırladaq ki, rusiyalı opera müənnisi Xalq artisti Yusif Eyvazovun xanımıdır. 2023-cü ildə Y. Eyvazov Opera və Balet Teatrının direktoru təyin olunub.//Yenisabah.az