Eyni anda bir neçə sarsıntı – koronavirus pandemiyası, Qarabağ müharibəsindəki məğlubiyyət və onların yaratdığı daxili siyasi böhranın təsiri altında 2020-ci ilin sonunda Ermənistan iqtisadiyyatı özünü uçurumun astanasında tapdı.
İqtisadi sektor dərin bir uçuruma girdi. 2020-ci ilin ilk 11 ayında ölkə iqtisadiyyatı 7,2% kiçildi. Eyni zamanda bu ilin noyabr ayında iqtisadi aktivlik göstəricisi ötən ilin noyabr ayı ilə müqayisədə 10,3% azalıb. Bu fonda Mərkəzi Bankın bütün müdaxilələrinə baxmayaraq, milli valyuta 10% -dən çox dəyərdən düşdü.
Bu ilin 11 ayının nəticələrinə görə tikinti sektoru 11,2% “düşdü”. Ticarət dövriyyəsi 13,5%, xidmətlərin həcmi 13,6%, sənaye məhsullarının həcmi isə 0,2% azaldı. Ümumilkdə bu ilin 11 ayında Ermənistanın xarici ticarət dövriyyəsi – 12,4%, ixrac – 5,2%, idxal – 15,9% azaldı. İqtisadi vəziyyətin pisləşməsi dövlət büdcəsinə vergi gəlirlərinin azalmasına gətirib çıxardı. Və bu o deməkdir ki, dövlət 2021-ci il vətəndaşların əməkhaqqı və təqaüdlərini ödəmək üçün əlavə kredit yükünün altına girməli olacaq.
Ermənistanda uzun illər ərzində ilk dəfə büdcə balansı pozulub. Belə ki, bu il büdcə kəsirləri kapital qoyuluşunu üstələyib. Gələn il üçün büdcə kəsirinin 342 milyard dram (dövlət büdcəsinin təxminən 18,5%-i və yaxud təxminən 700 milyon dollar) olması, kapital xərclərinin isə 215 milyard dram (400 milyon dollardan çox) olacağı proqnozlaşdırılır. Ən başlıcası, 2020-ci ildə müharibədəki məğlubiyyət Ermənistanın beynəlxalq imicinə ciddi ziyan vurdu. Artıq beynəlxalq investorlar İrəvanla əməkdaşlıdan qaçırlar.
“Müharibədən məğlub çıxan ölkədə birbaşa xarici sərmayə gözləmək sadəlövhlükdür. Üstəlik, qeyri-müəyyənlik, təhlükəsizlik üçün mövcud təhdidlər mövcud investorları da qorxuda bilər. Bəziləri hətta öz kapitallarını Ermənistandan geri çəkə bilər”,- deyə “America konsaltinq” şirkətinin direktoru Tiqran Crbaşyan “VERELQ.am”-a bildirib.
Onun sözlərinə görə, təhlükəsizlik riskləri, ölkədə hökm sürən siyasi qeyri-müəyyənlik, iqtisadi vəziyyətin pisləşməsi və Ermənistandan kapital axını yeni fəlakətlərə səbəb ola bilər. Bu, koronavirus pandemiyasından sonra baş verə biləcək ikinci böyük zərbədir.
Bu arada böhranlı iqtisadi vəziyyətdə dövlət məcburən öz kapital qoyuluşlarını azaltmalıdır. Bu isə digər investorları ehtiyatlı olmağa sövq edəcək. Bu isə investisiya aclığını gücləndirəcək. Beləcə müharibədən ağır itkilərlə çıxan Ermənistanı 2021-ci ildə çətin iqtisadi problemlər gözləyir. Mütəxəssislərin fikrincə, siyasi qeyri-müəyyənlik və hiper ehtiyatlı davranışı kontekstində ölkə iqtisadiyyatı ciddi bir geriləməyə gedir. Milli valyuta bu risklərə devalvasiya ilə “cavab verir”. Növbəti illərdə Ermənistan bu böhranın yaratdığı taktonik təkanların daha çox acısını hiss edəcək.
Crbaşyan deyir ki, “Ermənistan hələ də ölkəni bürüyən iqtisadi böhranın dəhşətini tam dərk etməyib”. İqtisadi tənəzzül, idxal və ixrac əməliyyatlarında yaranan böyük ölçülü mənfi saldo ölkəni iqtisadi uçurumun kənarına gətirib. Ona görə də 2021-ci ili Ermənistan dövləti və xalqı təkcə ağır hərbi məğlubiyyətlə yox, həm də dərin iqtisadi böhranla qarşılayır.
“Verelq.am”, 30 dekabr 2020
Tərcümə etdi: KONKRET.az