Xameneinin nəvəsi haqda ŞOK MƏLUMATLAR YAYILDI –  Görün nələr edib (FOTO)backend

Xameneinin nəvəsi haqda ŞOK MƏLUMATLAR YAYILDI -  Görün nələr edib (FOTO)

Böyük Britaniyanın nüfuzlu nəşri Daily Mail İranın ali dini lideri Əli Xameneinin nəvəsinin Londonda iri həcmli daşınmaz əmlak portfelinə sahib olduğunu yazıb.

KONKRET.az xəbər verir ki, nəşrin araşdırmasına görə, Əli Xameneinin nəvəsi olan Əli Ənsarinin adına Şimali Londonun ən bahalı ərazilərində yerləşən 11 dəbdəbəli malikanə rəsmiləşdirilib. Bildirilir ki, bu mülklərin ümumi dəyəri 100 milyon funt sterlinqdən artıqdır.

Məlumata əsasən, sözügedən mülklər elit yaşayış zonalarında yerləşir və onların bir hissəsi klassik viktorian üslubda, digərləri isə müasir lüks memarlıq nümunələri kimi təqdim olunur. Nəşr qeyd edir ki, mülklər uzun illər ərzində mərhələli şəkildə alınıb və hamısı rəsmi sənədlərdə Əli Ənsarinin adına qeydiyyata düşüb.

Daily Mail yazır ki, bu faktlar İran daxilində tətbiq olunan sərt iqtisadi şərait, sanksiyalar və əhalinin üzləşdiyi sosial problemlər fonunda xüsusilə diqqət çəkir. Nəşr vurğulayır ki, İran rəhbərliyinə yaxın şəxslərin Qərb ölkələrində bu cür bahalı aktivlərə sahib olması ictimaiyyət arasında ciddi suallar doğurur.

Məqalədə həmçinin qeyd olunur ki, Əli Ənsari beynəlxalq biznes dairələrində tanınmış şəxsdir və müxtəlif ölkələrdə investisiya fəaliyyətləri ilə məşğuldur. Bununla belə, nəşr mülklərin alınmasında istifadə olunan maliyyə mənbələrinin detalları ilə bağlı açıq məlumatın olmadığını vurğulayır.

İran tərəfi və Əli Ənsarinin nümayəndələri isə hələlik yayılan iddialarla bağlı rəsmi açıqlama verməyiblər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*