Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, ABŞ yaxın 48 saat ərzində İrana hərbi zərbə endirə bilər.
KONKRET.az xəbər verir ki, o, bu barədə Pink TV telekanalına müsahibəsində danışıb.
Vuçiçin sözlərinə görə, İrana qarşı hərbi hücum faktiki olaraq qaçılmazdır və qarşıdakı iki sutka beynəlxalq arenada digər mühüm hadisələrlə də yadda qala bilər.
Serbiya Prezidenti mümkün ABŞ addımlarını Cefri Epşteyn işi üzrə yeni sənədlərin dərc olunması ilə əlaqələndirib.
O, Monika Levinski ilə bağlı qalmaqalı xatırladaraq qeyd edib ki, belə hallarda ictimai diqqət tez-tez hərbi əməliyyatlara yönəlir.
Vuçiçin fikrincə, Epşteyn dosyelərinin açıqlanması İrana qarşı hücumla bağlı qərarların daha tez qəbul edilməsinə səbəb olacaq.
Xatırladaq ki, İranın ali lideri Əli Xamenei ABŞ-a sərt cavab veriləcəyi haqda xəbərdarlıq edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
