Xameneyi öldürülən generalı üçün belə ağladı – VİDEObackend

Xameneyi öldürülən generalı üçün belə ağladı - VİDEO

Yanvarın 3-də gecə ABŞ hərbi qüvvələrinin Bağdad aeroportuna endirdiyi aviazərbələr nəticəsində öldürülən general Qasım Süleymaninin cənazəsi Tehrana gətirilib.

KONKRET.AZ xarici mediaya istinadən xəbər verir ki, Tehranın İnqilab meydanında general üçün təşkil edilən vida mərasiminə minlərlə insan qatılıb.

Süleymaninin cənazəsinin qarşısında komandirin mənəvi atası olaraq tanınan İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi gözyaşlarını saxlaya bilməyib.

Mərasimə İran prezidenti Həsən Ruhani və digər dövlət rəsmiləri qatılıb.

Qaynarinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*