İranın ali lideri Ayətullah Əli Xameneyi ABŞ-ın prezidenti Donald Trampı yalan danışmaqda ittiham edib.
KONKRET.az xəbər verir ki, Xameneyinin sözlərinə görə, Tramp “gücdən sülhü təmin etmək üçün istifadə etmək istədiyini” deyib, lakin bu, həqiqətə uyğun deyil:
“Tramp gücdən sülh yaratmaq üçün istifadə etmək istədiyini söylədi. O, yalan danışdı. O və ABŞ rəhbərliyi… eləcə də onların hökumətləri hakimiyyətdən Qəzza zolağında kütləvi qırğınlar üçün, hər yerdə müharibə alovlandırmaq və muzdurlarını dəstəkləmək üçün istifadə ediblər,” – deyə Xameneyinin sözlərini “Fars” agentliyi yayıb.
Ayətullah Xameneyi bildirib ki, əgər gücdən sülh üçün istifadə mümkün olarsa, İran bu məqsədlə hər gün öz gücünü artıracaq.
Natiq Səlim,
KONKRET.az