Xanhüseyn Kazımlının ölüm səbəbi bilindibackend

Xanhüseyn Kazımlının ölüm səbəbi bilindi

Sabiq deputat Xanhüseyn Kazımlının ölümünün səbəbi bilinib.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, X.Kazımlı uzun müddət imiş ki, Parkinson xəstəliyindən əziyyət çəkirmiş.

O, xəstəliyi ilə bağlı müalicə alırmış və bundan öncə də bir neçə dəfə vəziyyəti kritikləşibmiş. Dünən axşam saat 8 radələrindən sabiq millət vəkilinin vəziyyəti yenidən pisləşib.

Qeyd edək ki, Xanhüseyn Kazımlı Azərbaycan Sosial Rifah Partiyasının sədri olub. O, beş çağırış Milli Məclisin deputatı idi.

Onun 5 övladı var. Xanhüseyn Kazımlı Azərbaycan İpoteka Fondunun icraçı direktoru Fəxri Kazımovun atasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*