Xəbər verdiyimiz kimi, ABŞ-ın Florida ştatının Mayami şəhərində azərbaycanlı gənc Ceyhun Sadibəyli faciəli şəkildə həlak olub.
KONKRET.az xəbər verir ki, Ceyhun Sadıqbəylinin yaxınları Bakupost.az-a hadisənin “South Beach” adlanan ərazidəki çimərlikdə baş verdiyini bildiriblər.
Belə ki, orada istirahət edərkən Ceyhunun həyat yoldaşı suda boğulmaq təhlükəsi iləüz-üzə qalıb. Xanımını ölümün cəngindən xilas edən Ceyhun özü boğularaq həlak olub.
Yenicə ailə həyatı quran Ceyhun Bostondakı şirkətlərin birində satış meneceri işləyirmiş.
Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində iş aparılır.
Qeyd edək ki, Ceyhun 2000-ci ildə Yardımlı rayonunun Bozayran kəndində doğlub. O, 665 balla ADA Universitetinin Biznesin idarə edilməsi ixtisasının ingiliscə bölməsinə daxil olaraq bakalavr pilləsini bitirmişdi.