Xankəndi-Laçın yolunda insidentdə 1 hərbçimiz yaralandı – VİDEOLAR – YENİLƏNİBbackend

Xankəndi-Laçın yolunda insidentdə 1 hərbçimiz yaralandı - VİDEOLAR - YENİLƏNİB

Azərbaycan hərbçilərinə qumbara atan şəxsin kimliyi məlum olub.

KONKRET.az Caliber-ə istinadla xəbər verir ki, bu gün səhər saat 7 radələrində Şuşa şəhəri yaxınlığındakı Daşaltı keçid məntəqəsində erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyan Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb.

Ermənilərin terror aktı nəticəsində ən azı bir hərbçimiz yaralanıb. Xoşbəxtlikdən onun həyatına heç bir təhlükə yoxdur.

***

10:15

Xankəndi-Laçın yolunda qumbara atan şəxs saxlanılıb.

KONKRET.az xəbər verir ki, Rusiya sülhməramlıları Rusiya və Azərbaycan hərbçilərinə RQD-5 atan terrorçunu saxlayıblar.

O, hadisə yerindən qaçmağa çalışsa da həbs edilib.

Aldığımız son məlumata görə, Xankəndi-Laçın yolunda hərəkət bərpa edilib.

Partlayışı anının və terrorçunun saxlanılması görüntülərini təqdim edirik:

Xuraman Etibarlı

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*