Sabah – dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək “Qarabağ” – MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb.
KONKRET.az xəbər verir ki, sosial şəbəkələrdə stadiondan çəkilən fotolar paylaşılıb.
Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin “Qarabağ” – MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.
Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.