Xaricdən gətirilib “su qiyməti”nə satılan məhsullar – Niyə yerli mallar bahadır?backend

Xaricdən gətirilib “su qiyməti”nə satılan məhsullar - Niyə yerli mallar bahadır?

Son illərdə xaricdən gətirilən iri və xırdabuynuzlu heyvanların əti, quş məhsulları və balıqlar yerli bazarlarda geniş yayılmağa başlayıb.

KONKRET.az xəbər verir ki, idxal məhsulları çox vaxt yerli istehsal məhsullarına nisbətən daha ucuz qiymətlərlə təklif olunur.

Bu alıcılar arasında seçim dilemması yaradır: daha sərfəli qiymətə xarici məhsulmu, yoxsa yerli istehsalın keyfiyyətinəmi üstünlük verilməlidir?

İdxal məhsullarının ucuzluğunun arxasında duran əsas səbəblər nədir? İstehsalın miqyası, texnologiyanın təsiri və ya yerli bazarın rəqabət imkanları? Bu sualların cavabları həm istehlakçı, həm də yerli istehsalçılar üçün əhəmiyyətli ola bilər.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov BAKU.WS-ə bildirib ki, bu məsələ tez-tez verilən və soruşulan suallardandır: “İstər ərzaq, istərsə də sənaye malı istehsal ölkəsində bir qiymət, başqa ölkədə daha ucuz ola bilər. Bəzən ölkələrdə vergi və gömrük rejimi elə olur ki, onu başqa azad iqtisadi zonaya keçirəndə və malın qiyməti aşağı düşür. Vergilər elə qoyulur ki, öz ölkəsindən kənarda bunu satanda nisbətən ucuz qiymətə satmaq olur.

Yəni istehlakçılar heç də düşünməsin ki, hər bir mal öz ölkəsində mütləq ucuz olmalıdır. Bəzən başqa ölkədə daha ucuz olur. O ki qaldı Ukrayna, Monqolustan və başqa ölkələrdən gələn ətlərə, burda təhlükəli məqam yoxdur.

Ukraynadan gələn ətlər barədə mən məlumat toplamışam. Ukraynada əsasən azərbaycanlılar bunu istehsal edir. Ukrayna böyük otluq və heyvan üçün yem bazasına malik bir ölkədir. Uzun müddət ot mövsümündə heyvanlar otun içərisində itirib-batır və kökəlirlər, lazımi səviyyəyə gəlirlər. Qış aylarında Azərbaycana göndərilən ətlər yetişdirilən heyvanlara bişmiş yemlər verirlər. Bişirilmiş heyvan yemləri verirlər və çox sürətlə kökəlmə baş verir. Buna görə, Azərbaycana gəlir 11 manata satılır. Buna Qida Təhlükəsizliy Agentliyi də ciddi nəzarət edir, hətta onun üzərində buraxılma tarixi, son yararlıq müddəti və s yazılar olur.

Bu, çox yaxşı haldır ki, Azərbaycanda bahalaşma tendensiyası ilə gedən ət bazarına ciddi təsir göstərir və istehlakçıların istəklərinə cavab verir. Bir çox ölkələrdən Azərbaycana ət gətirilir. Misal üçün Braziliyadan da ət gətirilir və 10 manata satılır. Monqolustan da, böyük qoyunçuluq ölkəsidir. İraq və İran əsasən Monqolustan qoyun ətləri ilə təmin olunur və maya dəyəri ucuz əmələ gəldiyi üçün Azərbaycanda ucuz qiymətə gəlib çıxır.

Qeyd edim ki, 5 ildən sonra Azərbaycan öz əhalisini qoyun və mal əti ilə təmin etmək iqtidarında olacaqdır. Çünki azad olunmuş ərazilərdə böyük heyvandarlıq təsərrüfatları inkişaf edir.

Eyni hal ölkəyə gətirilən balıq və balıq məhsullarına da şamil etmək olar. Ölkədə həm də balıq resursları da azalır və ona görə onun tutulması və satılması nisbətən baha olur”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*