Xarici diplomatlar və hərbi attaşelər “Laçın” sərhəd-buraxılış məntəqəsində – FOTOLARbackend

Xarici diplomatlar və hərbi attaşelər “Laçın” sərhəd-buraxılış məntəqəsində - FOTOLAR

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gediblər.

KONKRET.az “Report”a istinadən xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməniəsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.





Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*