Xarkova Gecə HÜCUMU: Rusiya dronlarla zərbələr endirdi – Yaralılar arasında uşaqlar da varbackend

Xarkova Gecə HÜCUMU: Rusiya dronlarla zərbələr endirdi – Yaralılar arasında uşaqlar da var

Rusiya Silahlı Qüvvələri iyunun 12-nə keçən gecə Xarkov şəhərinə növbəti dron hücumu həyata keçirib. Hücum təxminən 1,5 saat davam edib.

KONKRET.az bildirir ki, bu barədə Xarkov meri İqor Terexov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, 11 dron zərbəsi qeydə alınıb, əsasən Şevçenkovski və Slobodski rayonları hədəfə alınıb.

“Yanğınlar əsasən yaşayış evləri və təhsil müəssisələrinin ərazilərində baş verib. Bəzi hallarda dronların qalıqları birbaşa uşaq meydançalarının yaxınlığına düşüb. Zərbələrdən biri çoxmərtəbəli binanın lift şaxtasını dağıdıb, digəri isə yaşayışsız bir binanın bir hissəsini və ictimai nəqliyyat dayanacağını məhv edib”, – deyə Terexov bildirib.

Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (DSX) məlumatına əsasən, hücum nəticəsində 14 nəfər xəsarət alıb, onlardan 4-ü uşaqdır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*