Xarkova PUA hücumu oldu – Ölən və yaralananlar varbackend

Xarkova PUA hücumu oldu - Ölən və yaralananlar var

Rusiya Silahlı Qüvvələri son 24 saat ərzində Xarkov şəhəri və eyniadlı bölgənin 13 yaşayış məntəqəsinə zərbələr endirib.

KONKRET.az xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyanın (VHA) rəhbəri Oleq Sinequbov özünün teleqram kanalında bildirib.

Zərbələr nəticəsində 2 nəfərin öldüyü, 11-nin yaralandığı deyilir.

Sinegubov qeyd edib ki, Xarkova hücumda PUA-lardan, idarə olunmayan hava raketlərindən istifadə olunub.

Qeyd olunur ki, PUA hücumu nəticəsində 14 yaşayış binası, idman kompleksi, stomatoloji klinika, kafe, 2 mağaza, qeyri-yaşayış binası və 4 avtomobilə ziyan dəyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*