XƏBƏRDARLIQ! Rusiyanın 129 şəhəri yox olacaqbackend

XƏBƏRDARLIQ! Rusiyanın 129 şəhəri yox olacaq

Mənfi demoqrafik tendensiyalar və əhalinin məşğulluğunun azalması fonunda Rusiyanın 3,4 milyon əhalisi olan 129 kiçik şəhəri yox ola bilər.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “İzvestiya” RANEPA ekspertlərinin araşdırmasına istinadla məlumat yayıb.

Nəşr yazır ki, hazırda əhalisi 50 mindən az olan şəhərlərdə ümumilikdə 3,4 milyondan çox insan yaşayır və son 10 ildə onların sayı 314,5 min nəfər azalıb. Ən çox əhalinin azalması kömür, metallurgiya və ağac emalı şəhərlərində qeydə alınıb. Tədqiqatın müəllifləri hesab edirlər ki, Bryansk, Novqorod, Kirov vilayətləri və Krasnoyarskın bir sıra yaşayış məntəqələri ən böyük risk altındadır.

Tədqiqatın müəllifləri belə şəhərlərin inkişaf üçün kifayət qədər daxili resurslara malik olmadığını, kiçik şəhərlərin çoxluğuna görə resursların bərabər paylanmasının da çətin olduğunu iddia edirlər. Kiçik şəhərlərin əhalisinin ümumi kəskin azalmasının səbəbləri kimi məşğulluğun, kiçik və orta sahibkarlıq subyektlərinin sayının azalması göstərilir.

Araşdırmanın nəticələri göstərir ki, şəhər yerlərinin inkişafı üçün 100 mindən çox əhali lazımdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*