Uzun müddətdir xərçəng xəstəliyindən müalicə olunan Türkiyənin tanınmış aktrisası Gülşah Çomoğlu 38 yaşında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə aktrisanın həyat yoldaşı Gökha Günal İnstaqramda məlumat verib.
Qeyd edək ki, Gülşah Çomoğlu “Unutma Beni”, “Aşkın Bedeli”, “Behzat Ç: Bir Ankara Polisiyesi”, “Yüksek Sosyete”, “Kasaba Doktoru” kimi seriallarda çəkilib.