“Xərçəngdən əməliyyat olundum, insult keçirdim” – Xalq artistibackend

“Xərçəngdən əməliyyat olundum, insult keçirdim” - Xalq artisti

“Şəkər xəstəliyinə tutuldum. Daha sonra xərçəng aşkarlandı. Dərhal və təcili əməliyyat olundum. Bu əməliyyatın gerçəkləşməsində Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Sonra da insult keçirtdim. Ailəm, oğlum, gəlinim yanımda idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova “Rəngarəng səhər” proqramında qonaq olarkən deyib. İnsult keçirən, səhhətində ciddi problemlər yaranan müğənni hazırki durumundan danışıb:

“Elə bil mənə hiss gəldi ki, sanki ölürəm. Quran kitabını tez yanıma gətirdilər. Başladım oradan sözləri oxumağa. Elə bildim ki, bədənimdə nə qan, nə su var. Dedim ki, axı mənə nə oldu? Evdəkilər gördülər ki, üzümdə deformasiya oldu. Beynim, huşum alt-üst oldu. Həmin an oğlum Heydər Əliyev Fonduna zəng etdi. Əlil arabasına əyləşdim, dilim tutuldu. 11 gün xəstəxanada qaldıqdan sonra evə gəldim. Ondan sonra səhhətimdə başqa problemlər yarandı”. //Axşam.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*