Rusiyanın Xabarovsk vilayətinin Komsomolsk-na-Amur şəhərində xəstə hərəkətdə olan təcili yardım maşınından düşərək qaçıb.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə görüntüləri hadisə şahidləri sosial şəbəkədə paylaşıb.
Daxili İşlər Nazirliyinin regional baş idarəsi bildirib ki, həmin şəxs boyun nahiyəsindən yaralanıb.
Qeyd olunub ki, ambulansdan qaçan xəstə cinayət törətməkdə şübhəli bilinir.
Məlumata görə, xəstə saxlanılıb. Hazırda o, həkimlərin nəzarəti altındadır.
Həmin görüntüləri təqdim edirik:
İqbal Rzayev,
KONKRET.az